Aktau 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib

A- A A+

Qazaxıstanın Aktau 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamədə deyilir.

Qeyd olunub ki, üzv dövlətlərin Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsinin vacib elementi kimi gənclərlə bağlı məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və strukturlaşdırılması niyyəti ifadə olunur, TDT çərçivəsində gənclər və idman sahəsində mübadilə proqramlarının qabaqcıl nailiyyətləri, Qazaxıstanın Aktau şəhərinin TÜRKSOY-un təşəbbüsü ilə 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təqdir olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: