Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin kinozalında “Dolu” filminin muxtar respublikada ilk dəfə olaraq eşitmə və danışma qabiliyyəti məhdud şəxslər üçün surdo tərcümə vasitəsilə nümayişi təşkil edilib.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NUHÇIXAN xəbər verir ki, surdo tərcümənin təşkil edilməsində əsas məqsəd proqramın mətninin jest dili əsasında eşitmə və danışma qabiliyyəti məhdud tamaşaçılara çatdırılmasından ibarətdir.