“Buta” muğam ansamblının Şərurda konserti olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblının konserti olub.

Konsertdə ansamblının solistləri İlkin Abdullayev, Samir İsmayılov  və başqaları xalq və bəstəkar mahnıları ifa ediblər. Ansamblın üzvlərinin ifasında səslənən Ramiz Mirişli, Əlibaba Məmmədov, Rauf Hacıyev, Emin Sabitoğlu, Oqtay Kazıminin “Ay qəlbi kövrək”, “Vətən”, “Azərbaycan”, “Nə gözəldir Azərbaycan”, “Mehriban insanlar” bəstəkar mahnıları və rəqqasların ifa etdiyi rəqslər alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Buta” muğam ansamblı Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar digər rayonlarda da konsert proqramları ilə çıxış edəcək.

Arzu Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: