NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95illikyubileyi ilə bağlı Babək Rayon Mədəniyyət Sarayında konsert proqramı ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncam ilə yaradılan bu musiqi kollektivi qısa vaxtda estrada həvəskarlarının rəğbətini qazanıb. Kollektiv öz repertuarını zənginləşdirə bilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədovdur. Orkestrin repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı, Avropa və rus bəstəkarlarının musiqi əsərlərinə də geniş yer verilir.
Konsertdə Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin solisti Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyevavə Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Azər Cəfərli və Elçin Nağıyev, solistlərSamir İsmayılov, Rahim ƏsgərzadəAzərbaycan və xarici ölkə bəstəkarlarının şən və lirik mahnılarını ifa ediblər.
Əli Rzayev