Latviyanın delfi.lv xəbər portalında “Coğrafiya qanunlarını pozan doqquz qeyri-adi məkan” adlı məqalə yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, yazıda “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun adı da çəkilib.
Bildirilib ki, burada çıxan təbii qazın hesabına ərazidəki od heç vaxt sönmür. İstənilən hava şəraitində bu möcüzə davam edir və xüsusən gecələr insanları valeh edir.
Qeyd edək ki, Yanardağ xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan hesab olunur.