Bu gün Xalq artisti Faiq Sücəddinovun doğum günüdür

A- A A+

Görkəmli bəstəkar Faiq Sücəddinov 1947-ci il iyun ayının 14-də Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncədə başa vuran bəstəkar 1965-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub. Texnikumu bitirən Faiq Sücəddinov 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayıb. On bir il burada fəaliyyət göstərdikdən sonra o, Azərbaycan Dövlət Konservatoriya Bəstəkarlıq fakültəsinə qəbul olub. Azərbaycan Pedaqoji Dillər İnstitutunda da ali təhsil alan bəstəkar 1981-ci ildə təhsilini başa vuraraq yaradıcılıq fəaliyyətinə davam edib. Faiq Sücəddinov 2000-ci illərdə Türkiyədə və Kiprdə yaşayaraq fəaliyyət göstərib.

Onun yaratdığı əsərlər arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün “Atatürk” odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır. Həmçinin bəstəkar İkinci Qarabağ müharibəsi və Zəfər günü mövzusunda “Zəfər” simfonik poeması, "Şuşa" oratoriyası və "Qarabağnamə" simfonik balladasının müəllifidir.

Faiq Sücəddinovun filmoqrafiyasına- “Aşkarsızlıq şəraitində…”, “Bir anın həqiqəti”, “Bahar oğlu”, “Balqabaq”, “Qovğalı kəndinin gecələri”, “Dalan”, “Ömür payı” Səməndər Rzayev, “Portret…” Faiq Sücəddinov və sair aiddir.

Yaradıcılığı ilə Azərbaycan mədəniyyətinə xüsusi töhfələr verən görkəmli bəstəkar xidmətlərinə görə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adına, “Şöhrət” ordeninə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülüb.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: