Naxçıvan Dövlət Kukla Teatrı Culfa şəhərində tamaşa göstərib

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Culfada qastrol səfərində olub. Kollektiv Ələkbər Qasımovun “İnanmayaq tülkülərə” tamaşasını Culfa Rayon Mədəniyyət Sarayında uşaq və məktəblilərə göstərib. Pyes Abdulla Şaiqin “Tülkü həccə gedir” əsərinin motivləri əsasında yazılıb.

Tamaşadan əvvəl Teatrın bədii rəhbər-direktoru, Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov teatr haqqında uşaqlara  məlumat verib. Qeyd edib ki, Repertuarda olan “Göyçək Fatma”, “Qırmızı papaq”, “Qoğalın sərgüzəşti”, “Qırmızı, yaşıl, mavi” və başqa tamaşalar balacalar tərəfindən həmişə maraqla qarşılanıb. Vurğulanıb ki, teatr bu ilin payızında yaradılmasının 30 illiyini qeyd edəcək.

Sonra “İnanmayaq tülkülərə” tamaşası nümayiş etdirilib. Bir çox nağıl-pyeslərin əsas surəti tülkü burada da hiyləgərliyi, xudpəsəndlik və riyakarlığı ilə seçilir. Tamaşanın dili sadə, maraqlı və cəlbedicidir. Tamaşada alleqoriyadan istifadə edilərək hadisələr uşaqların anlayacağı dildə göstərilir. Uşaq tamaşalarının hamısında olduğu kimi, burada əsas əxlaqi-tərbiyəvi məsələlər ön plana çəkilib. Folklorumuzun zənginliyini, müdrikliyini göstərmək baxımından tamaşa maraq doğurur.

Qeyd edək ki,teatrın aktyorları İlqar Babayev, Ləman Əhmədova, Əfqanə Ələsgərova, Süleyman Süleymanov, İlham Babayev Ulduz Süleymanova, Vəsmə Quliyeva, İbadNəbiyev, Arzu Səfərov nağıl qəhrəmanlarını ustalıqla canlandırıblar.

Tamaşanın quruluşçu rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, rəssamı Ədalət Quliyev, musiqi tərtibatçısı Əli Məmmədovdur.

 

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: