Əfsanəvi “Titanik” gəmisinin qalıqlarında nadir boyunbağı tapılıb

A- A A+

Atlantik okeanında aparılan tədqiqat zamanı əfsanəvi “Titanik” gəmisinin qalıqları yaxınlığında onun göyərtəsindəki sərnişininə məxsus olduğu ehtimal edilən nadir boyunbağı tapılıb. Qara şüşə parçaları olan bəzək əşyası bir əsrdən çox müddət ərzində səthin 3,8 kilometr altında qalıb. NUHÇIXAN bu barədə “The Daily Mail” nəşrinə istinadla xəbər verir.

Boyunbağı gəminin ön və arxa hissəsinin qalıqları arasında olan fraqmentlərdə tapılıb. Onu yüksək təzyiq altında əmələ gələn bərk çöküntü qatından ehtiyatla çıxarmaq lazım gəlib. Yenidənqurmadan sonra bəlli olub ki, bəzək əşyası XX əsrin əvvəllərinin dəbinə xas olan ürək və səkkizbucaqlı formada qara şüşə muncuqlardan ibarətdir. Tədqiqatçılar qeyd edirlər ki, bu cür əşyalar həmin dövrdə dəbdə olub. Xüsusilə 1912-ci ildə - Viktoriya dövründə qiymətli qara şüşədən hazırlanmış zərgərlik əşyaları fransız qadınları arasında populyar idi.

Boyunbağının sahibinin kimliyini müəyyən etmək mümkün olmayıb. Onun qəzada ölməsi ehtimalı var. Bununla belə, alimlər boyunbağının sağ qalan sərnişinə aid ola biləcəyini və gəmidə qaçaqaç vaxtı itdiyini istisna etmirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: