Estrada Orkestri Babək Rayon Mədəniyyət Sarayında konsert verib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibəti ilə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Babək Rayon Mədəniyyət Sarayında konserti olub.
Konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva və Tural Nəcəfov “Özümdən küsürəm”, “Sevgilim”, “Gəl ey səhər” mahnılarını ifa ediblər. Eyni zamanda Estrada Orkestrinin digər solistlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının şən və lirik mahnıları da səsləndirilib. “Badamlı”, “Zaman”, “Bağçamızdan keçmisən”, “Həyat bizimdir”, “Naxçıvanım” və başqa mahnılar alqışlarla qarşılanıb.
Konsertdə estrada mahnıları ilə bərabər dünya musiqisinin böyük sənətkarlarının müxtəlif musiqi janrında yazdığı melodiyalar da ifa edilib.
Ərhan Novruzov