Kollecdə Nəsiminin 650 illiyi qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən tədbirlər ölməz sənətkarın həyat və yaradıcılığının, ideallarının gənclərə tanıdılmasına və təbliğ edilməsinə geniş imkan açır.

Kollecin Azərbaycan dili və Ədəbiyyat müəllimi Vüsalə Məmmədova şair və mütəfəkkir İmadəddin Nəsiminin həyat və yaradıcılığı mövzusunda çıxış edib.

Sonra İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan viktorinaya start verilib. Oyunun nəticələrinə görə Zirvə komandası I, Turan komandası II, Qartal komandası isə III yerə çıxıb.

Qaliblərə fəxri fərman, kuboklar,  həmçinin Azərbaycan ədəbiyyatına aid kitablar təqdim olunub.

 

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: