“Ərbabın İş Yeri” əsaslı təmir olunur

A- A A+

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın bərpası ilə bağlı müqavilə imzalanıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə satınalma elan olunmuş və layihə smeta sənədləri qanunauyğun olaraq ekspertizadan keçirilmişdir. Təsdiq edilmiş layihəyə uyğun olaraq Nazirlik tərəfindən keçirilən satınalma yekunlaşaraq qalib şirkətlə müqavilə imzalanıb.

Qeyd edək ki, “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın bərpası üçün cari ilin aprel ayında satınalma elan olunmuşdur.

Məlumat üçün qeyd edək ki, yaxın zamanlarda başlanılacaq bərpa işlərinin iki il müddətinə tamamlanması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: