Ali təhsil ocağında “Milli Teatr Günü” qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində 10 mart – “Milli Teatr Günü”nə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh MəhərrəmovAzərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında teatra və mədəniyyətə göstərilən qayğıdan danışıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoruƏləkbər Qasımov “Naxçıvan teatrı”nın fəaliyyətindən danışıb. O cümlədən Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Tələbə Teatr Studiyasının fəaliyyətini qeyd edib. Vurğulanıb ki, “Teatr və mədəniyyətşünaslıq” kafedrasının nəzdində fəaliyyət göstərən, 1998-ci ildə ictimai əsaslarla yaranan tələbə teatrıNaxçıvan teatrı üçün ixtisaslı kadrların hazırlanmasıbaxımından olduqca əhəmiyyətlidir.
Sonda aktyor sənəti ixtisasının IV kurs tələbələrinin təqdimatında ”Əli və Nino” tamaşasından səhnəcik nümayiş olunub.