Şahbuz Rayon Mədəniyyət Sarayında tədbir keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şahbuz Rayon Mədəniyyət Sarayında tədbir keçirilib. İştirakçılar əvvəlcə şahbuzlu qadınların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev muxtar respublikada bütün sahələrdə qadın əməyinə gеnişyеrvеrildiyini,  onlar ən yüksək vəzifələrə irəli çəkildiyini vurğulayıb. .

Qeyd olunub ki,  qadınlara göstərilən qayğının daha bir nümunəsidir ki, rayonda təhsil sahəsində çalışanların 65,3, səhiyyə sahəsində çalışanların 87,7, mədəniyyət sahəsində çalışanların isə 71 faizini qadınlar təşkil еdir. İcra başçısı qeyd edib ki, qadın əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, fərqlənənlərfəхri adlara layiq görülüb və medallarla təltif olunublar. Rayon qadınlarından 8-i əməkdar müəllim, 1-i əməkdar həkim, 1-i əməkdar tibb işçisi, 1-i əməkdar artist fəxri adına layiq görülüb. 2 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Həmçinin respublikamızın inkişafındakı хidmətlərinə görə 4 qadın “Tərəqqi” medalı, 1 nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif еdiliblər .

Rəfael Babayev əlamətdar gün münasibətilə qadınları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.    

Sonra rayonun ictimai-mədəni həyatında fərqlənən qadınlara hədiyyələr təqdim olunub.

Sonda Şahbuz Rayon Mədəniyyət Sarayının, uşaq musiqi məktəblərinin, Rayon Uşaq Yaradıcılıq Mərkəzinin  və Şahbuz Şəhər Uşaq Bağçasının kollektivləri musiqi və rəqs  nömrələri ilə çıxış ediblər.

 

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: