Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Naxçıvan Dövlət Filarmoniyasında mahnı müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, ümummilli lider Heydər Əliyevin incəsənətimizin inkişafında misilsiz xidmətləri olub. Sonra müsabiqənin iştirakçılarına uğurlar arzulayıb.
Həvəskar və peşəkar bəstəkarlar arasında keçirilən müsabiqədə ümummilli liderə həsr olunmuş 11 mahnı səslənib.
Müsabiqədə “Fəxr edirəm ki, Azərbaycanlıyam” odası ilə Yaşar Xəlilov III , “Sönməyən günəşim” mahnısı ilə Şəmsəddin Qasımov II, “Ulu öndər” mahnısı ilə Fəridə Ağayeva I yerə layiq görülüblər. Qaliblər diplom və hədiyyələr ilə təltif ediliblər.
Mahnı müsabiqəsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.