Bu gün Xurşidbanu Natəvanın doğum günündən 193 il ötür

A- A A+

Qarabağ xanlığının sonuncu varisi, görkəmli Azərbaycan şairi və xeyriyyəçisi Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olub. O, Qarabağ xanı Mehdiqulu xanın qızı, Şuşa şəhərinin qurucusu Pənahəli xanın nəticəsi, Gəncə hakimi Cavad xanın nəvəsidir. Zəngin soy-kökü, dərin dünyagörüşü və yüksək ədəbi zövqü ilə seçilən Natəvan, Azərbaycan ədəbiyyatının klassik lirikasına misilsiz töhfələr verib.

Natəvan “Məclisi-üns” ədəbi məclisinin banisi və rəhbəri olmuş, əsərlərində sevgi, təbiət, hüzn və ictimai motivlərə yer verib. Qəzəlləri incə lirizmi, poetik səmimiyyəti və bədii ustalığı ilə seçilir. O, həm də rəssamlıq və əl işləri ilə məşğul olub, “Gül dəftəri” kimi nadir bədii nümunələr yaradıb.

Şuşanın mədəni həyatına böyük təsir göstərib, imkansız ailələrə yardım edib və şəhərə su kəməri çəkdirib. Təkcə Azərbaycan deyil, bütün Qafqazda tanınan Natəvan, həyat yoldaşı Xasay bəy Usmiyevlə Tiflisdə yaşamış, bir çox Avropa və Qafqaz şəhərlərinə səfərlər edib.

Şəxsi həyatda yaşadığı çətinliklər və oğlunun itkisi onun poeziyasına kədərli çalarlar gətirib. “Natəvan” təxəllüsü də bu acıların simvoluna çevrilib.

Əsərləri bir çox mahnı və musiqi əsərlərinə ilham olub, heykəlləri ucaldılıb və yaradıcılığına həsr olunmuş əsərlər yazılıb. O, 1897-ci ildə Ağdamdakı İmarət qəbiristanlığında dəfn olunub.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: