Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin anım günüdür

A- A A+

Bu gün Azərbaycanın görkəmli ədəbiyyatşünası, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin vəfatından 22 il ötür. O, 2003-cü il sentyabrın 4-də, 82 yaşında dünyasını dəyişib.

1921-ci ildə Bakıda anadan olan Əzizə Cəfərzadə hələ gənc yaşlarından ədəbiyyata maraq göstərmiş, 1937-ci ildə ilk hekayəsi “Əzrayıl” çap olunmuşdu. Bütün fəaliyyəti boyu o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına xüsusi töhfələr verib.

Yazıçının “Aləmdə səsim var mənim”, “Bakı–1501”, “Yad et məni”, “Cəlaliyyə”, “Vətənə qayıt”, “Sabir”, “Eldən elə”, “Eşq sultanı” və digər tarixi romanları həm ədəbi, həm də elmi dəyəri ilə seçilir. O, həmçinin uşaq ədəbiyyatına da önəm vermiş, “Qızımın hekayələri”, “Anamın nağılları” kimi əsərləri ilə balaca oxucuların rəğbətini qazanmışdır.

Əzizə xanım Azərbaycanın dil və ədəbiyyat tarixinə dair bir çox elmi əsərlərin müəllifi olmaqla yanaşı, qadın və uşaq hüquqlarının müdafiəsində də fəal ictimai xadim kimi tanınıb. O, 1980-ci illərdə Respublika Qadınlar Şurasına rəhbərlik etmiş, Qarabağ müharibəsinin ilk günlərindən ön cəbhəyə gedərək əsgərlərlə görüşmüş, xalqına bağlılığı ilə hər zaman seçilmişdir.

Ə.Cəfərzadə Azərbaycan mədəniyyəti və ədəbiyyatında silinməz iz qoymuş nadir şəxsiyyətlərdəndir. Onun zəngin irsi bu gün də oxunur, öyrənilir və gələcək nəsillərə örnək kimi təqdim olunur.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: