İtaliyada Azərbaycan Mədəniyyəti Həftəsi keçirilib - FOTOLAR

A- A A+

Sentyabrın 1-dən 5-dək İtaliyanın Kassine şəhərində Azərbaycan Mədəniyyəti Həftəsi keçirilib. Tədbir “Sən1Sən” Beyin Mərkəzi tərəfindən XVII əsrə aid “Palazzo Mandrilli”də təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, tədbirin keçirilməsində məqsəd ölkələrimiz arasında mədəni əlaqələrin gücləndirilməsinə və Azərbaycan incəsənətinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir.

Mədəniyyət həftəsi ərzində bir sıra sərgilər baş tutub:

- Xalq rəssamı Arif Hüseynovun “Qırmızı rəngin əfsanələri” adlı fərdi rəsm sərgisi;

-IAAP-Titan dərəcəli fotoqraf Aydın Mehdiyevin “Həyatın rəngləri” adlı fərdi fotosərgisi;

- Azərbaycanlı rəssamların “Milli ruh” adlı müasir incəsənət sərgisi;

- “Fəsillərdə Azərbaycan” – Azərbaycanlı fotoqrafların əsərlərindən ibarət sərgi;

-“Balaca sehr” – Azərbaycan və İtaliya uşaqlarının rəsm sərgisi.

Ümumilikdə 5 gün ərzində 200-dək rəsm və fotolar nümayiş etdirilib.

Belə sərgilər azərbaycanlı rəssam və fotoqraflar üçün xarici əlaqələrin inkişaf etdirilməsinə dəstək verir.

Mədəniyyət həftəsi çərçivəsində keçirilən hər bir sərgi İtaliya və Azərbaycan mətbuatında, həmçinin sosial mediada geniş işıqlandırılıb. Tədbirdə Kassine şəhərinin meri, Kassine və ətraf şəhərlərdə (o cümlədən, Genoa, Milan, Turin) yaşayan azərbaycanlı həmyerlilərimiz, incəsənətə maraq göstərən İtaliya vətəndaşları və xarici turistlər iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: