Yeni Şuşa məscidi belə inşa olunur - FOTOLAR

A- A A+

Ucalmaqda olan Yeni Şuşa məscidi öz əzəməti ilə şəhərin yeni simvoluna çevriləcək.

NUHÇIXAN xəbər verir ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.

Şuşa həm də öz tarixi memarlıq nümunələri olan məscidləri ilə məşhurdur. Bu tarixi memarlıq inciləri sırasına isə hazırda daha bir inci - Yeni Şuşa məscidi daxil olacaq.

Layihə Heydər Əliyev Fondunun və “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: