Azərbaycan 16-cı Yörük Türkmən Festivalında təmsil olunub - FOTOLAR

A- A A+

Azərbaycan Türkiyənin Muğla vilayətində keçirilən 16-cı Yörük Türkmən Festivalında təmsil olunub.

Bu barədə NUHÇIXAN-a ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.

Məlumatda qeyd edilib ki, bölgənin mədəni həyatında mühüm rol oynayan bu tədbir Muğla Böyükşəhər Bələdiyyəsi, Muğla Valiliyi və bu şəhərdə fəaliyyət göstərən Yörük Türkmən Dərnəyi tərəfindən Menteşe Düzeyn Yaylasında keçirilib.

Festival çərçivəsində bir sıra ölkələrlə yanaşı, Azərbaycan mədəniyyətini özündə əks etdirən xüsusi stend də açılıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov milli dəyərlərimizi təmsil edən stendlə tanış olub, açılış mərasimi və mədəni proqramda iştirak edib.

Festivalın əsas proqramına əl işləri sərgiləri, ənənəvi mətbəx nümunələri, musiqi və rəqs nömrələri, Yörük xalqının ənənəvi həyat tərzinə dair məlumatlandırıcı təqdimatlar daxil edilib.

Festivalın açılışında çıxış edənlər Yörük mədəniyyətini türk millətinin köklü kimliyinin ayrılmaz bir parçası olduğunu bildiriblər.

Qeyd edilib ki, Yörük mədəniyyəti türk dünyasının ortaq dəyəridir. Bu festival qədim türk mədəniyyətinin yaşadılması, gələcək nəsillərə çatdırılması, həmrəyliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bədii hissə ilə davam edən festivalda Türkiyənin bir sıra bölgələrinin folklor kollektivlərinin çıxışları izlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: