Azərbaycanın turizm imkanları Yaponiyada tanıdılıb - FOTOLAR

A- A A+

Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə şəbəkələşmə tədbiri təşkil olunub.

NUHÇIXAN bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Tədbir Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilib.

Tədbirə media qurumlarının, turizm agentliklərinin, eləcə də "All Nippon Airways (ANA)" və "Qatar Airways" kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri daxil olmaqla, 60-dan çox iştirakçı qatılıb. 

Proqram çərçivəsində media və turizm sənayesi nümayəndələri üçün Azərbaycanın turizm potensialı haqqında təqdimat keçirilib.

Tədbir zamanı B2B formatlı görüşlərdə yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunub

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: