Kəngərli Rayon Mədəniyyət Sarayında konsert olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan musiqi kollektivləriKəngərli Rayon Mədəniyyət Sarayında konsert proqramı ilə çıxış ediblər. Konsert  Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunub.

Tədbirdə bildirilib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi tamam olur. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin müvafiq Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib. Muxtar respublikanın musiqi kollektivləri də bu tədbirlərdə fəal iştirak edir.

Konsertdə  “Arpaçay” instrumental ansamblının solistlərinin ifasında Azərbaycan bəstəkarlarının mahnıları və  xalq mahnıları səslənib. Şərur Rayon Mədəniyyət Sarayının əməkdaşlarının ifasında Azərbaycan poeziyasından nümunələr bədii qiraət edilib.

Şərur Xalq Yallı Ansamblının ifa etdiyi “Söylə”, “Köçəri” yallıları konsertə rəngarənglik qatıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: