"Ləzzət Group" Dubayda növbəti nüfuzlu sərgidə - FOTOLAR

A- A A+

15–17 sentyabr tarixlərində Ləzzət Group dünyanın ən nüfuzlu qida sərgilərindən biri olan ISM Middle East 2025 sərgisində iştirak etdi. Tədbir Dubai World Trade Centre-də keçirildi və şirkət məhsullarını beynəlxalq aləmdə təqdim edərək Azərbaycan qida sənayesinin potensialını nümayiş etdirməklə ölkəmizin qida sektorunda nüfuzlu yerə sahibi olduğunu göstərdi.

NUHÇIXAN xəbər verir ki, Ləzzət Group sərgidə müxtəlif istehsal sahələrindən olan ixrac və ixrac potensiallı məhsulları ilə çıxış etdi. Qida sahəsində şirkət:

 • Tammy və Juiz meyvə şirələri,

 • Şirniyyat qrupunda Lay Lay, Valls, Çayka, Amasi, Olley, Share, Zarya markaları, Ləzzət lokumları ilə təmsil olundu.

 • Qəlyanaltı seqmentində isə Nati balıq krekerləri və Limo qarğıdalı çubuqları ilə məhsullarını sərgi iştirakçılarına göstərdi.

Bu tədbirin Azərbaycan məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini qlobal miqyasda nümayiş etdirmək üçün mühüm platforma olması isə danılmazdır. ISM Middle East beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurmaq və ixrac potensialını daha da artırmaq üçün əvəzsiz imkan yaradır.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: