Ordubadda tarixi binanın bərpasına başlanılıb - FOTOLAR
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” adlı və ona bitişik tarixi binanın bərpası işlərinə başlanılıb.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə həyata keçirilən layihə üzrə hazırda ərazidə tikinti-bərpa işləri görülür.