Naxçıvan Teatrının aktyoru "Ən yaxşı kişi rolu" mükafatına layiq görülüb

A- A A+

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında hazırlanan Balaxan Nəzərlinin "Gəmi batır" adlı monotamaşası Türkiyənin Van şəhərində keçirilən II Van Beynəlxalq Monotamaşalar Festivalında təqdim olunub.

NUHÇIXAN xəbər verir ki, sentyabrın 15-dən 21-nədək davam edən festivalda Azərbaycan, Türkiyə və İrandan kollektivlər iştirak ediblər. Tədbirdə teatrın aktyoru və rejissoru Səməd Canbaxşiyev "Ən yaxşı kişi rolu" mükafatına layiq görülüb.

İzləyicilərin maraqla qarşıladığı tamaşada müəllim obrazını canlandıran aktyor, təsadüfən yük gəmisində iş tapan, lakin dənizçilik qaydalarını bilmədiyi üçün ilk fırtınada çətinliklər yaşayan insanın duyğularını ustalıqla təqdim edib.

Monotamaşa Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən monotamaşalar müsabiqəsi üçün hazırlanıb. "Gəmi batır"ın ilk premyerası isə məhz Vanda baş tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: