Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib - FOTOLAR
Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, mərasim Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutub.
Mərasimdə mərhumun ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Cabir İmanovun qardaşı, Əməkdar artist Tahir İmanov mərhumla bağlı xatirələrini bölüşüb.
Tahir İmanov qeyd edib ki, qardaşı Qarabağın və xüsusilə Şuşanın azad olunması xəbərini böyük sevinc və qürurla qarşılamışdı. O bildirib ki, Cabirin sənəti, insanlara olan səmimiyyəti və vətənə bağlılığı heç vaxt unudulmayacaq.
Qeyd edək ki, Əməkdar artist Cabir İmanov “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.