Bu gün səhnəmizin böyük sənətkarı, Xalq artisti Nurəddin Mehdixanlının doğum günüdür

A- A A+

O, 1956-cı ilin qızılı payızında — oktyabrın 6-da Cəlilabadın mənalı və sakit bir guşəsində — Tahirli kəndində dünyaya göz açıb. Sözün, sənətin, ruhun mayasını hələ uşaq yaşlarından içində daşıyıb.

1974-cü ildə tale onu M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirdi. Böyük rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda sənətinin sirrinə vaqif oldu, səhnənin nəfəsini öyrəndi, sənətə sevda ilə bağlandı. 1978-ci ildə ali təhsilini tamamlayaraq təyinatla Akademik Milli Dram Teatrına yollandı və elə həmin ildən – sentyabrın 1-dən səhnənin alovlu nəfəsinə can qatdı.

Nurəddin Mehdixanlı Azərbaycan teatrının nəhəng simalarındandır. O, mürəkkəb taleləri, daxili burulğanlar içində çarpışan qəhrəmanları səhnəyə gətirərkən yalnız obraz yaratmır – onları yaşadır, yaşadır və tamaşaçıya yaşadır. Faciə dolu dramatik rollarda, dərin mənalı monoloqlarda onun sənət gücü, ruh aydınlığı, səhnə yanğısı görünür.

1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə isə ən ali sənət zirvəsi olan Xalq artisti fəxri adlarına layiq görülüb. Bu dəyərli sənət yolunun təqdiridir ki, o, Prezident təqaüdünə də layiq görülüb.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: