“Naxçıvan bəşəriyyətin beşiyi” IV Rəsm Festivalı keçiriləcək - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu ilin may ayının 21-dən 24-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisi yanında Bilik fondu, Naxçıvan MR Mədəniyyət nazirliyi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə keçirdikləri ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Naxçıvan - bəşəriyyətin beşiyi,,IV Beynəlxalq Rəsm Festivalı keçiriləcək. Festivala 14 ölkədən 38-i xarici vətəndaş olmaqla, ümumilikdə 65 nəfər rəssam iştirak edəcək. Tədbirə qatılan qonaqlar içərisində sözünü incəsənətdə demiş güclü rəssamlar iştirak edir .
Mayın 21-dən başlayan 4 günlük proqram çərçivəsində rəssamlarla görüş və tanışlıq, Naxçıvan haqqında filmə baxış olacaq. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyulduqdan sonra, tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə baxacaqlar. Sonra isə Naxçıvanın tarixi yerlərinə ekskursiyalar təşkil ediləcək. Festivalın əsas yaradıcılıq hissəsinin açılış tədbiri mayın 23-də Əcəmi seyrəngahında, Mömünə Xatın türbəsinin ətrafında keçiriləcək. Burda rəssamlar açıq hava altında rəsmlər çəkəcəklər. Saat 9.00-dan başlayan tədbir, axşam saatlarına qədər davam edəcək. Bu vaxt ərzində şəhər sakinləri rəssamlarla və onların iş prinsipi ilə yaxından tanış ola bilərlər. Festivalın son günü, mayın 24-dəNaxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda rəssamların çəkdiyi əsərlərdən ibarət sərginin təntənəli açılışı olacaq.
2018-ci il Naxçıvan- İslam Mədəniyyətinin paytaxtı elan olunduğu üçün rəssamların əsas mövzuları da daha çox məhz bu hadisə ilə bağlı olacağı gözlənilir.
Qeyd edək ki, rəssamların yaradıcılıq üçün istifadə etdikləri bütün ləvazimatlar tədbirin təşkilatçıları tərəfindən təmin olunacaq.
Tədbirdən sonra rəssamlar arzularına uyğun olaraq Naxçıvanımızın gözəl yerlərini etüd etməklə zaman keçirəcəklər.
Anar Tağıyev