Gələn ilin yazında Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov Türkmənistanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə məlumat verib.
Diplomat Türkmənistan və Azərbaycan arasında dövlətlərarası əlaqələrin inkişafında mədəni-humanitar əməkdaşlığın xüsusi rol oynadığını qeyd edib.
"Oktyabrın 13-də Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri başlayacaq və təkcə paytaxt Bakıda deyil, Gəncədə də keçiriləcək. Gələn ilin yazında isə Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır", - o deyib.