Ekspert: Ağbulaq və Batabat bölgələri Naxçıvanın turizm xəritəsində mühüm yer tutur

A- A A+

Ağbulaq və Batabat bölgələri Naxçıvanın turizm xəritəsində mühüm yer tutur.

NUHÇIXAN xəbər verir ki, bunu turizm eksperti Natiq Paşayev Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonuna təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Naxçıvanın çoxşaxəli ekoturizm potensialının yerli və beynəlxalq miqyasda daha geniş tanıdılması vacibdir:

"Ağbulaq kəndi və ətraf ərazilər həm iqlim, həm də relyef baxımından ekoturizm üçün ideal məkandır. Burada yaşayan insanlar təbiətin qorunmasına xüsusi diqqət yetirir, bu isə turizm fəaliyyətinin davamlı inkişafına şərait yaradır.

Bu bölgələr Naxçıvan Muxtar Respublikasının turizm xəritəsində mühüm yer tutur və həmin ərazilərin ekoturizm istiqamətində inkişafı regionun ümumi turizm strategiyasına mühüm töhfə verir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: