Naxçıvanın iki kəndində müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır

A- A A+

Gələcəkdə Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndlərində müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov məlumat verib.

Onun sözlərinə görə, Naxçıvanda turizmin bütün növlərinin inkişafı üçün geniş imkanlar var mövcuddur:

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində turizm sektorunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət Proqramı çərçivəsində Naxçıvanda iki turistik kəndin seçilməsi istiqamətində işlər görülüb.

Müxtəlif kəndlərə baxış keçirilərək Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndləri ilkin mərhələdə turistik kənd olaraq müəyyənləşdirilib. Gələcəkdə bu kəndlərdə müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: