Monteneqroda İmadəddin Nəsimi haqqında məqalə dərc edilib

A- A A+

Ölkəmizin mədəniyyətinin təbliğ olunmasına xidmət edən Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin layihəsi çərçivəsində Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında Monteneqro dilində silsilə məqalə yayımlanma ənənəsi davam edir.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı www.avlija.me portalında şairin həyat və yaradıcılığı haqqında geniş məqalə dərc edilib. Məqalədə, həmçinin Prezident İlham Əliyevin bu ili “Nəsimi ili” elan etməsi xüsusi qeyd edilib.

Xatırladaq ki, sözügedən portalda mütəmadi olaraq “Azərbaycan zəngin mədəniyyət irsi olan ölkədir”, “Bəxtiyar Vahabzadə - Azərbaycanın azadlıq şairi”, “Mədəniyyət sərhəd tanımır”, “Hüseyn Cavid müqavimət və maarifləndirmə simvoludur”, “Nizami Gəncəvi dahi epik şair”, “Məhəmməd Füzuli – Azərbaycan şairi” başlıqlı məqalələr yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: