İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib - FOTOLAR
İstanbulda bütün türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib.
NUHÇIXAN xəbər verir ki, şəhərin Topqapı rayonunda yerləşən “Türk dünyası” şəhərciyində təşkil olunan Novruz şənliyində türkdilli ölkələr, o cümlədən ayrı-ayrı dövlətlərdə mədəni muxtariyyəti olan türkdilli xalqlar təmsil olunublar. Burada türkdilli millətlərə məxsus adət-ənənələr, musiqi nömrələri nümayiş etdirilib, Novruzun rəmzlərindən biri olan tonqal qalanıb.
Meydandakı "Azərbaycan evi"-ndə nümayiş etdirilən milli atributlarımız, geyimlərimiz, adət-ənənələrimiz ziyarətçilər tərəfindən böyük maraqla izlənib.