Xalq artisti Roza Cəlilova vəfat edib

A- A A+

Xalq artisti xoreoqraf-baletmeyster Roza Cəlilova vəfat edib.

Bu barədə NUHÇIXAN "Report"a istinadən xəbər verir.

Qeyd edək ki, Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. Opera və Balet Teatrında və Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib. 1965–1975-ci illərdə ansanblın rəqs qrupuna rəhbərlik edib.

1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə xarici ölkələrdə çıxışlar edərək şöhrət qazanıb.

Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub.

17 sentyabr 2007-ci ildə Xalq artisti adı ilə, 16 may 2019-cu ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: