Rasim Ocaqov-Azərbaycan kino sənətinin görkəmli rejissoru və operatoru

A- A A+

Azərbaycanın Xalq Artisti Rasim Ocaqov 22 noyabr 1933-cü ildə Şəki şəhərində anadan olub. İlk təhsilini 1951–1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində, daha sonra isə M.A. Əliyev adına ADİİ-nin rejissorluq fakültəsində alıb.

O, yaradıcılıq fəaliyyətinə Bakı kinostudiyasında başlayıb. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator, 1973-cü ildən isə quruluşçu rejissor kimi çalışıb. Operator kimi fəaliyyət göstərdiyi illərdə “Bir məhəlləli iki oğlan”, “Onun böyük ürəyi”, “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və digər filmlərə mühüm töhfələr verib.

Rejissorluq fəaliyyətinə başladıqdan sonra 1975-ci ildə “Gəncəbasarlı qisasçı” filminin ssenarisini yenidən işləyərək ekranlaşdırıb. Film müəyyən etirazlar doğursa da, uğurlu ekran işi kimi qiymətləndirilib.

Rasim Ocaqov “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” kimi filmləri ilə tamaşaçı sevgisini qazanıb və Azərbaycan kino sənətinə dəyərli irs bəxş edib.

Yüksək peşəkarlığına görə 1 dekabr 1982-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. Rasim Ocaqov 11 iyul 2006-cı ildə Bakıda vəfat edib. Onun yaratdığı filmlər bu gün də sevgi ilə izlənir və Azərbaycan kino sənətində öz layiqli yerini qoruyur.

 

Nurtac İsmayılova

NUHÇIXAN 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: