Muzeylər bayram günlərində də fəaliyyət göstərir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xan Sarayı, Mömünə Xatun, Heydər Əliyev Muzeyi, Xalça Muzeyi, Tarix Muzeyi  bayram günlərində fəaliyyət göstərən mədəniyyət müəssisələrindəndir. Muzey bələdçilərinin verdiyi məlumata görə bayram günlərində muzeylərə gələnlərin sayı nəzərəçarpacaq dərəcədə  artıb.

Ziyarət edənlər arasında  muxtar respublikanın rayonlarından gələnlər daha çox üstünlük təşkil edir. Xarici qonaqlar isə əsasən  İran, Türkiyə və Rusiya vətəndaşları olub.

Qonaqlar bu diyarin qədim tarixi və müasir memarlıq nümunələri ilə  yaxından tanış olurlar. Tarixi abidələrin qorunub saxlanılması və muzeylərdəki eksponat zənginliyi qonaqlarda xüsusi maraq doğurub.

                                                                      

                                                    Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: