Azərbaycan musiqisinin görkəmli simalarından biri olan Tofiq Əhmədağa oğlu Bakıxanov 8 dekabr 1930-cu il də Bakı da dünyaya gəlib. O, həm bəstəkar, həm də pedaqoq kimi Azərbaycan musiqi həyatında əvəzsiz iz qoyub. Tofiq Bakıxanovun musiqi təhsili Azərbaycan Dövlət Konservatoriyasın da başlayıb. Burda əvvəlcə skripka üzrə təhsil alıb, sonradan bəstəkarlıq ixtisasına yönəlibdir. Bu dövr onun yaradıcılıq yolunda mühüm rol oynayıb.
Bakıxanovun yaradıcılığı geniş və çoxşaxəlidir. O, səkkiz simfoniya, simfonik muğamlar, simfonik poemalar, müxtəlif alətlər üçün konsertlər, baletin, yüzlərlə mahnı və romanın yaradıcısı olub. O əsərlərin də Azərbaycan musiqisinin milli xüsusiyyətlərini hər zaman qoruyub saxlayıb. Tofiq Bakıxanov həmçinin musiqi pedaqogikasında da böyük iz buraxıb. O, uzun illər konservatoriya da tələbələrə dərs deyib, gənc bəstəkar və ifaçıların yetişməsinə də böyük töhfəsi olub. Azərbaycan dövlətinin də Bakıxanovun yaradıcılığına verdiyi qiymət yüksək olub. 1983-cü il də professor elmi adı verilib, 1990-cı il də isə Azərbaycan SSR-in Xalq Artisti fəxri adına layiq görülüb. Həmçinin müxtəlif dövlət orden və medalları ilə təltif edilib. Bakıxanovun həyatı və yaradıcılığı Azərbaycan musiqisinin inkişafın da əvəzsiz rol oynayıb. Onun əsərləri milli musiqi irsimizin zənginliyini göstərir, musiqi mədəniyyətimizin inkişafına böyük töhfə verir. Qeyd edək ki, bu gün- 8 dekabr 2025-ci il də Tofiq Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əmək” ordeni ilə təltif olunub.
NURTAC İSMAYILOVA
