Naxçıvandakı bir sıra abidələrdə qüsurlar aşkarlanıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasındakı (MR) bir sıra abidələrdə qüsurlar aşkar edilib.
Naxçıvan MR Mədəniyyət Nazirliyinin dəstəyi ilə abidələrin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə muxtar respublika ərazisində yerləşən bir neçə abidəyə mütəxəssislər tərəfindən baxış keçirilib.
Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, baxış zamanı növbəti illərdə bərpa və konservasiyası nəzərdə tutulan Hüseyn Cavidin məqbərəsi, Qarabağlar Türbə Kompleksi, Təkeşiyi məscidi və Ordubad şəhərində yerləşən hamamın təbii və antropogen təsirlərdən yaranmış qüsurları aşkarlanaraq müvafiq akt tərtib edilib.