Türkiyənin “TRT Türk” radiosunda efirə çıxan “Azərbaycan rüzgarı” proqramının 2026-cı ildə də yayımını davam etdirməsinə qərar verilib. Proqramın builki ilk yayımı görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın həyat və yaradıcılığına həsr olunub.
NUHÇIXAN-ın məlumatına görə, bununla bağlı AZƏRTAC-a açıqlama verən verilişin müəllifi və aparıcısı, soydaşımız, İstanbul Universitetinin doktorantı Səidə Ömər “Azərbaycan rüzgarı” proqramının əsrlər boyu bir-birini tamamlayaraq xalqımızın mənəvi dünyasını zənginləşdirən Azərbaycan ədəbiyyatı və musiqisini Türkiyə tamaşaçısına daha yaxından tanıtmağı hədəflədiyini bildirib.
O, həmçinin layihənin davam etdirilməsində göstərilən dəstəyə görə “TRT İstanbul” radiosunun rəhbəri Ali Fuad Gülmeze təşəkkürünü ifadə edib.
