Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin direktoru vəzifəsindən azad edilib.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 2007-ci ildən muzeyin direktoru vəzifəsini tutan Ramil Orucəliyev öz ərizəsi əsasında vəzifəsindən azad olunub.
