Şərqşünas-alim Xalça Muzeyində mühazirə deyəcək

A- A A+

Aprelin 6-da Azərbaycan Xalça Muzeyində Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva mühazirə deyəcək.

Muzeydən NUHÇIXAN-a bildirilib ki, görkəmli mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində reallaşacaq “Əfsanələrdə yaşayan Nəsimi” adlı mühazirədə şairin həyat və yaradıcılığından bəhs ediləcək və muzeydə keçirilən xalça eskizi müsabiqəsinin iştirakçıları Nəsimi şəxsiyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Azərbaycan dilində aparılacaq mühazirədə hər kəs iştirak edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: