Azərbaycan Yazıçılar Birliyi (AYB) Sumqayıt bölməsinin yaradıcısı və uzun illər ona rəhbərlik etmiş mərhum Sabir Sarvanın “Qarabağlı uşaq” şeirinə bəstələnən mahnıya Türkiyədə klip çəkilib.
NUHÇIXAN–ın məlumatına görə, şair Fethi Akın və bəstəkar Ayzer Büyükerin birlik ərsəyə gətirdikləri klipdə 30 ildən artıq bir dövrü əhatə edən Qarabağ müharibəsinin ağrı-acıları, Xocalı soyqırımının dəhşətləri əks olunub.