Naxçıvanda 20 Yanvar - Ümumxalq Hüzn Günü  ilə əlaqədar sərgi təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan “Şanlı tariximizin qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil edilib. 

Sərgidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, dövlət və hökümət nümayəndələri, Ali Məclisin deputatları, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, təhsil müəssisələrinin müəllim, tələbə və kursant heyəti iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva tədbiri giriş sözü ilə açaraq bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan 20 Yanvar faciəsinin baş vermə səbəbləri və ağır nəticələrindən bəhs edib, Ümummilli Lider Heydər Əliyevin bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verməsindən danışıb.

Sonra sərgiyə baxış olub. Məlumat verilib ki, sərgidə 20 Yanvar faciəsini özündə əks etdirən 14 rəssamın 30 rəsm əsəri nümayiş olunur.

Sonda xatirə fotosu çəkdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: