Estrada Orkestrinin sərhəd rayonunda konserti olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95illik yubileyi ilə bağlı Sədərək Rayon Mədəniyyət Sarayında konserti olub.

Konsertdə Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin solistləri, Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva və Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli, gənc solistlər Samir İsmayılov, Rahim Əsgərzadə Azərbaycan və xarici ölkə bəstəkarlarının şən və lirik mahnılarını ifa ediblər.

Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin bir saatdan artıq davam edən konsert proqramı alqışlarla qarşılanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncam ilə yaradılan bu musiqi kollektivi qısa vaxtda estrada həvəskarlarının rəğbətini qazanıb. Kollektiv rəngarəng repertuarı ilə ictimaiyyət qarşısında müntəzəm çıxış edir. Orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədovdur. Orkestrin repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı, Avropa və rus bəstəkarlarının musiqi əsərlərinə də geniş yer verilir.

 

Əli Rzayev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: