"Böyük demokrat Cəlil Məmmədquluzadə -157" mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində dramaturq, publisist, ''Molla Nəsrəddin'' ədəbi məktəbinin, tənqidi realizmin banisi, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin anadan olmasının 157-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova “Cəlil Məmmədquluzadə yaradıcılığının Ədəbiyyat Muzeyi vasitəsilə təbliği", Naxçıvan Dövlət Universiteti “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərli “Cəlil Məmmədquluzadə və cəmiyyət”, Naxçıvan Dövlət Universiteti “Jurnalistika və xarici ölkələr ədəbiyyatı”kafedrasının müəllimi Gülay Tahirli "Cəlil Məmmədquluzadə və ictimai vicdan anlayışı", Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərova "Cəlil Məmmədquluzadə: Satira ilə cəmiyyətin aynası", Cəlil Məmmədquluzadənin Nehrəm Qəsəbəsindəki Xatirə Muzeyinin direktoru Gülnarə Sadıqova "Poçt qutusu əsərinin təhlili", Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin direktoru Gültac Həsənova “Cəlil Məmmədquluzadə və milli oyanış" mövzularında çıxış ediblər.

Tədbirin sonunda Cəlil Məmmədquluzadəyə həsr olunmuş sərgiyə baxış keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: