“TRT Belgesel” kanalı tərəfindən hazırlanan filmdə Qarabağ şəhidləri yad edilib - FOTOLAR

A- A A+

Türkiyədə hazırlana yeni sənədli film soydaşımız, “TRT TÜRKÜ” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömərin baxış bucağından təqdim olunub.

NUHÇIXAN xəbər verir ki, “TRT Belgesel” kanalı tərəfindən yeni layihəyə start verilib. Hazırlanan layihə çərçivəsində Türkiyə üzrə çəkiliş üçün beş məscid seçilib, ilk film isə İstanbulun Eyüpsultan Məscidinə həsr edilib. Şəhərin ən qədim tarixi məkanı kimi tanınan bu məbəd haqqında hazırlanan filmdə məscidin memarlıq xüsusiyyətləri, bu ərazidə formalaşmış çoxillik adət-ənənələr, mənəvi dəyərlər, eləcə də burada yaşayan insanların həyat hekayələri ətraflı şəkildə işıqlandırılıb.

Ekran əsərində İstanbul Universitetinin doktorantı, həmvətənimiz Səidə Ömərin həyat hekayəsinə yer verilib.

Filmdə Türkiyə və Qarabağ şəhidlərinin Eyüpsultan məscidində anılması, həmçinin Qarabağ Zəfəri mövzusu xüsusi vurğulanıb. Mart ayında yayımlanması planlaşdırılan layihənin rejissoru Murad Ocakdır.

Qeyd edək ki, Murad Ocak ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva haqqında da sənədli film ərsəyə gətirib. Bu film “TRT Avaz” kanalında yayımlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: