Estrada Orkestri Sədərəkdə konsert verib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə bağlı Sədərək Rayon Mədəniyyət Sarayında konserti olub.

Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin solistləri, Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyevanın və Tural Nəcəfov, gənc solistlər Samir İsmayılov, Rahim Əsgərzadə  Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Azər Cəfərli Azərbaycan və xarici ölkə bəstəkarlarının şən və lirik mahnılarını ifa ediblər.

Konsert  “Naxçıvanım”, “Azərbaycan bayrağı dalğalanır” mahnılarının ifaları ilə başa çatıb.

Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin bir saatdan artıq davam edən konserti rayon sakinləri tərəfindən alqışlarla qarşılanıb.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: