“Art Battle”- I “İncəsənət Döyüşü” incəsənət yarışının qalibləri məlum olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Art Battle”- I “İncəsənət Döyüşü” incəsənət yarışının qalibləri mükafatlandırılıb.

Tədbir Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin, Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd istedadlı gənclərin intellektual və mənəvi inkişafına, asudə vaxtının, estetik tərbiyəsinin təşkilinə əlverişli şərait yaratmaqdır.

Sonra Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Gənclər və İdman Nazirliyinin əməkdaşı Tahir Məmmədli qeyd ediblər ki, bu kimi tədbirlər gənclərin potensiallarının artmasında, cəmiyyət həyatında fəal iştirakında mühüm rol oynayır.

Münsiflər heyəti üzvlərindən Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinov,  Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamları Məhəmmədəli Ələkbərov və Əli Səfərli gənclərə uğurlar arzulayıblar.

Müsabiqəyə muxtar respublikanın  ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə 20 gənc rəssamın 20 rəsm əsəri təqdim olunub. Qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıb. Nihad Aslanov və Könül Kazımlı III, Çinar Hacıyev və  Cəlil Quliyev II, Həcər Bəylərova və  Mikayıl Rəcəbov isə I yerlərə layiq görülüblər.

Sonra sərgiyə baxış olub. Sərgidə nümayiş olunan rəsmlər rəngarəngliyi, məna dərinliyi ilə diqqəti cəlb edib. Milli atributlarımızdan olan bayraq, abidələr, doğma diyarımızın mənzərələri əl işlərində  işlər də öz əksini tapıb.

 

Kəmalə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: