Ərəbistanın turizm firmaları Naxçıvanı təbliğ edir - FOTOLAR

A- A A+

Səudiyyə Ərəbistan Krallığının Turizm və İrs Komitəsinin nəzdində fəaliyyət göstərən turizm media orqanlarının “arabtourist.net” və “ac4mt.net” internet saytlarında Naxçıvan Muxtar Respublikası haqqında ərəb dilində məlumat yerləşdirilib, Naxçıvan şəhərinin və muxtar respublikanın təbiət mənzərələrini əks etdirən fotoşəkillər paylaşılıb.

“Qafqazın incisi, İslam Mədəniyyətinin Paytaxtı” sərlövhəli yazıda Naxçıvanın tarixinə nəzər salınır, muxtar respublikada 1200-dən artıq dünya və yerli əhəmiyyətli tarixi abidənin olduğu qeyd olunur. Diqqətə çatdırılır ki, qədim tarixə malik olan Naxçıvan şəhəri güclü dövlətlərin, o cümlədən Atabəylər dövlətinin paytaxtı olmuş, burada elm, mədəniyyət və sənətkarlıq geniş inkişaf etmiş, islami dəyərlər yaşadılmışdır.

Yazıda muxtar respublikanın müasir inkişafından da bəhs olunur və vurğulanır ki, hazırda qədim Naxçıvan müasir inkişaf mərhələsindədir. Eyni zamanda Azərbaycanın Naxçıvan Muxtar Respublikasında turizm üçün geniş imkanlar vardır. Təbiəti, tarixi abidələri və müalicə mərkəzləri turistlər üçün ideal yerlərdir.

Ərəbistanın Azərbaycana turlar təşkil edən turizm firmalarının “twitter” sosial şəbəkə hesablarında isə muxtar respublikanın inkişafını və turizm potensialını təbliğ edən 4 video-material və 12 fotoşəkil paylaşılıb.

Qeyd edək ki, istər Səudiyyə Ərəbistan Krallığının Turizm və İrs Komitəsinin nəzdində fəaliyyət göstərən turizm media orqanlarının internet saytlarının, istərsə də turizm firmalarının sosial şəbəkə hesablarının milyonlarla izləyicisi vardır.         

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: