Ənənəni qoruyaq, evdə xalça toxuyaq - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 xalçaçı qadın “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsinə cəlb edilib. Bu məqsədlə layihəyə cəlb edilmiş xalçaçıların Naxçıvan Xalça Muzeyinə ekskursiyası təşkil olunub, muzeydəki eksponatlar haqqında ətraflı məlumatlar verilib.
Xalçaçılar həmçinin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialında iş prosesi ilə yaxından tanış olublar.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində isə xalçaçılara ictimai işə başlamaq üçün zəruri avadanlıqlar və rəngli iplər təqdim edilib.
Qeyd edək ki, xalçaçılıq sahəsində ixtisaslı kadrların hazırlanması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində bu günədək xalçaçı peşəsi üzrə təşkil edilmiş kursları 103 nəfər bitirib.
Mədinə Rəhimli