Gülüstan türbəsi tələbə-rəssamların gözü ilə - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbələri açıq səma altında etüddə olublar. Etüd orta qədim Gülüstan türbəsi ərazisində keçirilib.
Rəsm çəkməzdən əvvəl İnstitutunun baş müəllimi, əməkdar rəssam Həbibə Allahverdiyeva 2015-ci ildə yenidən bərpa olunan Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı Gülüstan türbəsi haqqında məlumat verib. Naxçıvanın qədim memarlıq incilərindən olan bu türbənin tarixindən, memarlıq quruluşundan danışıb.
Sonra tələbələr müxtəlif tərəflərdən türbənin görüntülərini öz tablolarında əks etdiriblər. Gənc rəssamlar mənzərə və türbə təsvirlərini kətan üzərində yağlı boya və karton üzərində karandaşla çəkiblər.
Məqsəd tarixi-memarlıq abidələrimizin tanıdılması, təbliği, tələbələrin bilik və bacarıqlarının artırılmasıdır.
Tələbələrin işlədikləri etüdlar semestrin sonunda İnstitutun sərgi salonunda keçiriləcək "Məzun" sərgisində nümayiş etdiriləcəkdir.